Ahi Evran Universiteti 2006-cı ildə qurulub və dövlət universitetidir. Universitetdə hazırda 2000-dən çox xarici ölkədən tələbə təhsil alır.
Niyə Ahi Evran Universiteti?
Xarici tələbələrin Kırşehiri seçmələrinin səbəblərindən biri paytaxt Ankara şəhərinə yaxın olmasıdır. Ankara şəhəri ilə arasındakı məsafə təxminən 1.5 saatdır. Bundan başqa, Kırşehirin şəhər mərkəzində yerləşən universitet şəhərin bütün sosial həyatına yaxın məsafədədir.
Universitet kampusuna yaxınlıq və istər dövlət, istərsə də özəl yurd imkanlarının çeşidliyi və çoxluğu universitetin seçilmə səbəblərindəndir. Təxminən 50 ölkədən gələn xarici tələbələrə qapılarını açan Ahi Evran Universiteti Türkiyədə ali təhsil qurumlarının parlayan ulduzlarından biridir.
Universitet 24 saat fəaliyyət göstərən kitabxanaya sahibdir. Eyni zamanda kitabxanada həm yazılı, həm də elektron əsərlərin çox olması ilə ön plana çıxmaqdadır.
KAEÜ, ÜNİAR 2020 qiymətləndirməsinə görə Türkiyədəki ən yaxşı dövlət universitetləri arasında 39-cu yerdədir. Yenə eyni sıralamada təhsil yönümlü ixtisaslar içində 3-cü yerdədir.
Universitet hər il təşkil olunan yaz şənlikləri ilə yanaşı, teatr, konsert və tələbələrin sosiallaşması üçün digər sosial tədbirləri dəstəkləyir. Universitet yerli və xarici tələbələrin sosiallaşmasına xüsusi diqqət edən az sayda dövlət universitetlərindən biridir.
Universitetin müəssisələrlə əməkdaşlıq əlaqələri tələbələrinin məzun olduqdan sonra karyeralarında iş bacarıqlarının ön plana çıxmasını əsas hədəf olaraq müəyyənləşdirir. Bunun üçün etdikləri çalışmalardan biri müəssisələrin aktiv layihələrində tələbələrin yer almasıdır.
Universitet həm də Erasmus Plus və Mevlana tələbə mübadilə proqramları çərçivəsində xarici tələbələrin Türkiyədə təhsil almasına xüsusi önəm verir. Universitetdə hazırda 9 fakültə və 30-dan çox ixtisas mövcuddur.
Kırşehir Ahi Evran Universitetində təhsil almaq istəyən tələbələr aşağıdakı ixtisaslar üzrə təhsil ala bilərlər:
İktisadi və İdari Bilimler Fakültəsi
- İktisad
- İşletme
- Maliye
- Beynəlxalq münasibətlər (30 faiz ingiliscə – 70 faiz türkcə)
- Kamu Yönetimi
Mühendislik-Mimarlık Fakültəsi
- İnşaat mühəndisliyi
- Elektrik-Elektronik mühəndisliyi
- Kompüter mühəndisliyi
- Maşınqayırma mühəndisliyi
Ziraat Fakültəsi
- Bahçe bitkileri
- Bitki koruma
- Kənd təsərrüfatı iqtisadiyyatı
- Tarla bitkiləri
Fizik Tedavi ve Rehabilitasyon Fakültəsi
- Fizyoterapi ve Rehabilitasyon
İdman Fakültəsi
- Beden Eğitimi ve Spor Öğretmenliği
- Antrenörlük Eğitimi